Qax və Zaqatala rayonlarının giriş-çıxışlarında karantin postları qurulub
Nazirlər Kabinetinin 2020-ci il 23 oktyabr tarixli qərarı ilə oktyabrın 24-ü gecə saat 00:00-dan etibarən respublikanın daha bir neçə şəhər və rayonlarına operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, giriş-çıxış məhdudlaşdırılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundanAPA-ya verilən məlumata görə, "COVID-19” virusunun yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Zaqatala və Qaxrayonlarının da giriş və çıxışlarında xüsusi karantin postları qurulub.