AZE | RUS | ENG |


Qan təzyiqinizi ölçdürürsünüzmü?

Qan təzyiqinizi ölçdürürsünüzmü?
İnsanlarda hipertoniyanın yaranmasına səbəb olan amillər haqqında

Ailənizdə, yaxın qohumlarınızda və ya tanışlarınızın arasında  hipertoniyalı çox insan var. İnsanlarda hipertoniyanın ortaya çıxmasında bəzi amillər önəmli rol oynayır. Məsələn, yaşlanma, köklük, genetik  amillər, şəkərli diabet, az hərəkətli və  ya oturaq həyat tərzi, spirtli içkilərin çox içilməsi, çox duzlu qidalarla qidalanma, çox az çəkidə doğulmaq, stress, depressiya və sair kimi amillər bir sıra insanlarda hipertoniyanın ortaya çıxmasının ən önəmli səbəblərindəndir. Hipertoniyanın yaranmasının  95 faizinin  səbəbi  məhz  bu  amillərdir. Daha sadə olaraq bu şəkildə izah edim. Bir insanda bu amillərdən hər hansı birisi varsa, o insanda həyatının hansısa bir dönəmində hipertoniya xəstəliyinin ortaya çıxma riski yüksək olur. Hipertoniya xəstəliyinin ortaya cıxmasında genetik amillər da önəmli rol oynayır. Aparılan araşdırmalar nəticəsində hipertoniya xəstəliyinin 30-50 faizində genetik amillərin rol oynadığı, yəni 30-50 faizinin genetik yolla keçdiyi müəyyən olunub. Atasında və ya anasında hipertoniya olan bir insanda həyat boyunca hipertoniyanın ortaya çıxma riski 2-2,4 dəfə artır. Hipertoniya adətən genetik amillərlə ətraf mühit amillərinin birgə təsiri ilə ortaya çıxan bir xəstəlikdir. Bunu sizə daha sadə şəkildə belə izah edim. Bir insanda genetik olaraq hipertoniyaya meyillilik varsa, bəzi amillərin (stressli həyat tərzi, siqaret çəkmək, spirtli içkilərdən istifadə etmək, çox duzlu qidalarla qidalanma, köklük, diabet, oturaq həyat tərzi və s.) təsiri ilə bu insanlarda hipertoniyanın ortaya çıxma riski artar. Ona görə də ata və ya anasında hipertoniya olan bir insanın qan təzyiqi normal olsa belə, o, həyatının sonraki illərində hipertoniyanın ortaya çıxma riskini azaltmaq üçün mütləq sağlam həyat tərzi keçirməlidir.  Ata və ya ananızda hipertoniya olmasa belə, mütləq sağlam həyat tərzi keçirməlisiniz.
 
Bəzi  dərmanları içdiyiniz zaman  qan təzyiqiniz qalxa bilər 
 
 
Gündəlik həyatda tez-tez içilən bəzi  dərmanlar  müvəqqəti  olaraq  qan təzyiqini qaldıra bilir. Məsələn, bəzi  ağrıkəsici dərmanlar, depressiya  müalicəsində  istifadə  edilən bəzi dərmanlar, qrip  əleyhinə  içilən dərmanlar,  arıqlamaq  üçün  içilən  dərmanlar, steroidlər və s. kimi  dərmanlar.  Hipertoniyanız olsun və ya olmasın, bu  dərmanları  içmək  məcburiyyətindəsinizsə,  diqqətli  olmalısınız.
 
Hipertoniya niyə önəmli xəstəlikdir?
 
Hipertoniya ürək çatışmazlığına, infarkta, ürək-damar tıxanmalarına, beyin qanaxmalarına, aorta damarının yırtılmasına, xroniki böyrək çatışmazlığına səbəb olur. Hipertoniyası olan bir insanın ürək-damar xəstəliyinə (infarkt  keçirmə və ya damarların daralması) tutulma riski bu xəstəliyi olmayan bir insandan ikiqat daha çoxdur. Hipertoniyalı xəstələrə dərman yazmağımızın, yəni müalicə etməyimizin  məqsədi təzyiqlərini nəzarətdə tutub bu cür xəstəliklərin ortaya çıxma ehtimalını azaltmaqdır. 
 
Kimlər qan təzyiqini mütəmadi ölçdürməlidir? 
 
Hal-hazırda dünyada bir milyarda yaxın hipertoniya xəstəsi var. 2020-ci illərdə bu rəqəmin 1,5 milyarda yaxınlaşacağı gözlənilir. Məsələn, 2005-2008-ci illər arasında aparılan br araşdırma nəticəsində  Amerika Birləşmiş Ştatlarındakı yetkin insanların 29-31 faizində  hipertoniyanın  olduğu  müəyyən edilib. Türkiyədə  isə bu rəqəmin  31,8 faiz olduğu bildirilir. Hipertoniyanın bu qədər çox yayılmasının ən önəmli səbəbləri qidalanma tərzinin pis olması, ətraf mühit amilləri və yanlış həyat tərzidir. Təbii ki, genetik amilləri də söyləmək lazımdır.  Ona görə də hər bir insan mütəmadi olaraq qan təzyiqini ölçdürməlidir. 18 yaşından sonra hər kəs üç ildən bir, 40 yaşdan sonra isə ildə bir dəfə qan təzyiqini ölçdürməlidir. Ancaq kök insanlar və yuxarı qan təzyiqi 130-140 və ya aşağı qan təzyiqi 85-90 arasında olan hər bir insan artıq 18 yaşından etibarən ildə bir dəfə qan təzyiqini ölçdürməlidir. 
 
Evdə qan təzyiqini ölçərkən nələrə diqqət etmək lazımdır?
 
Evdə qan təzyiqinizi ölçərkən mütləq oturub 5 dəqiqə istirahət etmək, sonra qan təzyiqinizi ölçmək lazımdır. Təzyiqinizi ölçdüyünüz qolunuzu paltarınız sıxmamalıdır. Yemək yeyilmiş isə təzyiq yeməkdən 2-3 saat, çay və ya kofe içdikdən və ya siqaret çəkdikdən isə 30 dəqiqə sonra ölçülməlidir. Biləkdən və ya barmaqdan ölçən cihazlarla qan təzyiqinin ölçülməsini məsləhət görmürük. Ancaq elektronik qol cihazları ilə qan təzyiqi ölçülə bilər. Qan təzyiqinizin yuxarısı 140 və ya  yuxarısı normal olsa belə, aşağısı 90-ın üstündədirsə, mütləq həkiminizə müraciət edin.
 
Hipertoniyanın müalicəsi ömür boyu olmalıdır?
 
Bəzi istisnalar olmaqla, hipertoniya adətən ömür boyu davam edən xəstəlikdir və buna görə də müalicəsi də ömür boyu davam etməlidir. Hipertoniyası olan bir insan üçün önəmli olan sadəcə dərman içmək deyil. Önəmli olan dərman içdiyi zaman xəstənin təzyiqinin nəzarətdə olub-olmamasıdır. Məsələn, xəstələrin bir qismi təzyiq düşürücü dərmanlar içdiyi halda qan təzyiqi hələ də yuxarı olur, yəni nəzarətdə olmur. Üstəlik təzyiqləri yüksək olduğu halda belə, heç nədən gileylənmirlər. Belə olduğu halda xəstələrin aldığı mualicənin faydası  olmur. Hipertoniyası olan bir insanın şəkərli diabeti, ürək çatışmazlığı, xroniki böyrək çatışmazlığı olsun və ya olmasın, daha öncə infarkt və ya insult keçirsin və ya keçirməsin, müalicəylə yuxarı qan təzyiqi 140, aşağı qan təzyiqi isə 85-in  altında olmalıdır. Əyər bu insanlar həkimin yazdığı dərmanı içdikləri halda qan təzyiqləri bu rəqəmlərin üstündə isə, mütləq həkimlərinə müraciət etməlidirlər.  Ancaq hipertoniya xəstəliyindən başqa heç bir xəstəliyi olmayan, yaşı 80-dən yuxarı olan və dərman içən hipertoniyalı insanların yuxarı qan təzyiqinin 150-ə qədər olmasına  icazə veririk. 
 
Sadəcə olaraq dərman içmək kifayətdirmi?
 
Sadəcə olaraq dərman içmək kifayət  deyil. Dərman içməklə bərabər yaşam tərzində də dəyişiklik etmək lazımdır. Bunlardan ən önəmlisi duz istifadəsinin azaldılmasıdır. Gündə maksimum 5 qr (bir mürəbbə qasığı qədər) duz istifadə etmək lazımdır. Ən önəmlisi, duz qaynağı olan turşulardan və konservləşdirilmiş qidalardan çox istifadə edilməməli, mümkün olduqca uzaq durulmalıdır. Ayrıca hisə verilmiş, qurudulmuş ət və ət məhsullarından da uzaq durulmalıdır.  Spirtli içkilərin müəyyən  miqdardan çox içilməsi həm hipertoniya xəstəliyinə tutulma riskini artırır, həm də hipertoniya xəstələrində təzyiqin daha yüksək olmasına səbəb olur.  Əsla siqaret çəkilməməli, kök insanlar arıqlayaraq ideal çəkilərində qalmalı və mütəmadi şəkildə idmanla məşğul olmaq lazımdır.
 
Uzman doktor Yalçın Velibey
Kardiologiya uzmanı
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0043
GEL 1 Gürcü larisi 0.6262
GBP 1 İngilis funt sterlinqi 2.2597
TRY 1 Türk lirəsi 0.4327
KWD 1 Küveyt dinarı 5.6324
SEK 1 İsveç kronu 0.2049
EUR 1 Avro 2.0152
CHF 1 İsveçrə frankı 1.7317
USD 1 ABŞ dolları 1.7001