AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Putin üçtərəfli görüş öncəsi Rusiya Təhlükəsizlik Şurasının üzvləri ilə iclas keçirib

Putin üçtərəfli görüş öncəsi Rusiya Təhlükəsizlik Şurasının üzvləri ilə iclas keçirib

Siyasət
10 Yanvar 2021, 19:45 152
Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti Ilham Əliyev  və Ermənistan Baş naziri Nikol Paşinyanla üçtərəfli görüş öncəsi iclas keçirib.

Kaspi.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
 
İclasda Dağlıq Qarabağ məsələsinin nizamlanması  və Cənubi Qafqazdakı vəziyyət müzakirə olunub.

Iclasda Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin iştirak ediblər.

Qeyd edək ki, sabah Moskvada Rusiya prezidentinin təşəbbüsü ilə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü keçiriləcək.