• cümə, 26 Aprel, 09:26
  • Baku Bakı 12°C

Putin Lukaşenko ilə bir daha Belarusdakı vəziyyəti müzakirə edib

16.08.20 17:45 815
Putin Lukaşenko ilə bir daha Belarusdakı vəziyyəti müzakirə edib
Rusiya vəBelarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko arasında növbəti telefon danışığı olub.
APAnın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə,Putin və Lukaşenko Belarusda prezident seçkilərindən sonra respublikaya xaricdən göstəriləntəzyiqləri nəzərə almaqla yaranmış vəziyyətin müzakirəsini davam etdiriblər.
Rusiya tərəfi İttifaq dövlətinin yaradılması haqqında müqavilənin prinsipləri əsasında, eləcə də, lazım olacağı təqdirdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının xətti ilə vacib yardım göstərməyə hazır olduğu təsdiqləyib.
banner

Oxşar Xəbərlər