AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Prezident İlham Əliyev “Uşaq hüquqları haqqında” Qanuna edilən dəyişikliyi təsdiqləyib

Prezident İlham Əliyev “Uşaq hüquqları haqqında” Qanuna edilən dəyişikliyi təsdiqləyib

Siyasət
10 İyul 2020, 20:26 422
Dövlət Sağlamlıq imkanları məhdud uşaqların sosial bacarıqlarının inkişafına, peşə-əmək və psixoloji-pedaqoji reabilitasiyasına, habelə psixoloji korreksiyasına kömək göstərir, uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısını almaq üçün tədbirlər görəcək.
APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən "Uşaq hüquqları haqqında” qanunda edilən müvafiq dəyişiklikdə əksini tapıb.
İndiyə qədər dövlət bu uşaqların sosial reabilitasiyasına, psixoloji reabilitasiya və psixoloji korreksiyasına, imkanlarına uyğun təhsil almalarına, peşə seçmələrinə, əməyə cəlb olunmalarına köməklik göstərir, uşaq sağlamlıq imkanları məhdudluğunun qarşısını almaq üçün müvafiq tədbirlər görürdü.