• cümə, 26 Aprel, 21:42
  • Baku Bakı 22°C

Prezident İlham Əliyev “Leonardo” şirkətinin baş icraçı direktoru ilə görüşüb

18.02.17 16:45 702
Prezident İlham Əliyev “Leonardo” şirkətinin baş icraçı direktoru ilə görüşüb
Azərbaycan prezidentiİlham Əliyevfevralın 18-də Münhendə "Leonardo” şirkətinin baş icraçı direktoru və baş meneceri Mauro Moretti ilə görüşüb.
APA-nın Przidentin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Mauro Moretti Azərbaycanda olduğunu, Bakının gözəlliyinə heyran qaldığını bildirib. Ölkəmizdə gedən inkişaf proseslərini və qazanılan nailiyyətləri yaxından izlədiyini deyən baş icraçı direktor şirkətin Azərbaycanda müxtəlif strukturlarla, o cümlədən SOCAR ilə əlaqələrindən danışıb, əməkdaşlığın genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğunu deyib.
Söhbət zamanı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
banner

Oxşar Xəbərlər