• cümə, 26 Aprel, 16:33
  • Baku Bakı 23°C

Prezident İlham Əliyev Cibutinin xarici işlər nazirini qəbul edib

24.02.17 11:40 965
Prezident İlham Əliyev Cibutinin xarici işlər nazirini qəbul edib
Azərbaycan prezidentiİlham ƏliyevCibuti Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mahmud Əli Yusufun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, Azərbaycan ilə Cibuti arasında əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edən dövlət başçısı Cibuti Respublikası parlamentininXocalısoyqırımının tanınması barədə qəbul etdiyi qərara görə minnətdarlığını bildirib, bunu qardaşlıq münasibətlərimizin və ölkəmizə dəstəyin mühüm göstəricisi kimi dəyərləndirib.

Ondan çox ölkənin artıqXocalısoyqırımını tanıdığını vurğulayan prezidentİlham Əliyevbunun tarixi həqiqətlərin doğru əks etdirilməsi və bu dəhşətli cinayəti törədənlərin mühakiməsi baxımından əhəmiyyətini qeyd edib. Dövlət başçısı Azərbaycan ilə CibutininBMTvə digər beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdiyini deyib, ölkələrimizin vacib məsələlərin müzakirəsi zamanı bir-birini daim dəstəklədiyini vurğulayıb. Güclü siyasi əlaqələrin iqtisadi sahədə də əməkdaşlığın inkişafına zəmin yaratdığını bildirən prezidentİlham Əliyevhazırda əməkdaşlığımızın praktik şəkildə inkişafının müşahidə olunduğunu qeyd edib. Dövlət başçısı ölkələrimiz arasında əlaqələrin nəqliyyat və yük daşımaları sahəsində çox yaxşı perspektivləri olduğunu bildirib, bu istiqamətdə həyata keçirilən qarşılıqlı səfərlərin və təmasların vacibliyini vurğulayıb.

Prezidentİlham ƏliyevCibuti Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin Azərbaycana səfərinin uğurlu və səmərəli olacağına, səfərin ölkələrimiz arasında münasibətlərin daha da möhkəmləndirilməsi işinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib.

Nazir Mahmud Əli Yusuf isə Cibuti Respublikasının prezidenti İsmayıl Ömər Gellenin məktubunu prezidentİlham Əliyevə çatdırıb. Qonaq qeyd edib ki, Bakı kimi gözəl bir şəhərdə qardaşcasına qarşılanmasından məmnunluq duyur. Azərbaycan ilə Cibuti arasında bir çox oxşarlıqların olduğunu deyən qonaq ölkələrimizin mürəkkəb regionda yerləşdiklərini vurğulayıb. Azərbaycan ərazisinin bir hissəsinin işğala məruz qaldığını qeyd edən nazir münaqişənin sülh yolu ilə həll olunması istiqamətində gedən prosesləri yaxından izlədiklərini bildirib və bu sahədə beynəlxalq səviyyədə qazanılan bir sıra diplomatik uğurların önəmini qeyd edib. 1993-cü ildə CibutininBMTTəhlükəsizlik Şurasının üzvü olduğu dövrə toxunan Mahmud Əli Yusuf o zaman ölkəsinin beynəlxalq ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı təcavüzünü qınamağa çağırdığını və bu məsələdə sərt mövqe nümayiş etdirdiyini vurğulayaraqBMTTəhlükəsizlik Şurasının işğalı pisləyən 4 qətnamə qəbul etdiyini xatırlayıb. Azərbaycanın artıq güclü bir dövlətə çevrildiyini məmnunluqla qeyd edən Cibuti Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Azərbaycanın ədalətli mövqedə olduğunu, buna görə də beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndiyini vurğulayıb.

Görüşdə Azərbaycan ilə Cibuti arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
banner

Oxşar Xəbərlər