AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Prezident:

Prezident: "Bu görüşlər bütün bölgə üçün əhəmiyyət daşıyır" - VİDEO

Siyasət
27 Fevral 2021, 16:53 276
"Türkiyə müharibənin ilk günlərindən çox müsbət mövqe göstərib - sülhə, sabitliyə hesablanmış mövqe. Eyni zamanda ilk günlərdə Azərbaycanın haqq işinə Türkiyə öz dəstəyini verib. Əziz qardaşım, hörmətli Prezident Ərdoğan ilk günlərdən çox qəti açıqlamalar verib. Digər vəzifəli şəxslər - Milli Müdafiə naziri, xarici işlər naziri, TBMM sədri və digər nazirlərin açıqlamaları ilə bizə verilən siyasi və mənəvi dəstək, həm də bizi çox gücləndirdi. Eyni zamanda bir çoxları üçün çox ciddi mesaj oldu”.

Kaspi.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

Dövlət başçısı qeyd edib ki, müharibədən sonra da Türkiyə çox olumlu mövqe göstərir: "Dünən Türkiyənin çox rəsmi şəxsləri Ermənistanda olan vəziyyətlə bağlı açıqlamalar verdilər. Bu gün Azərbaycan, Ermənistan və Rusiya arasında Baş nazir müavinləri səviyyəsində aparılan görüşlər də Türkiyə tərəfinə məlumdur. Çünki bu görüşlər bütün bölgə üçün əhəmiyyət daşıyır. Həm Türkiyə, həm İran, həm gələcəkdə belə bir istək olarsa, Gürcüstan ümumi platformaya qoşula bilər. Türkiyə bu gün bütün dünyada güc mərkəzi kimi bütün bölgələrdə, o cümlədən bizim bölgəmizdə çox müsbət rol oynayır və bu, bölgənin sabitliyi üçün çox önəmlidir”.