• cümə, 26 Aprel, 12:21
  • Baku Bakı 23°C

Prezident Abşerona 10 milyon pul ayırdı

16.11.17 18:57 2008
Prezident Abşerona 10 milyon pul ayırdı
Prezident İlham Əliyev Abşeron yarımadasında magistral su kəmərləri və qurğularının inşası ilə bağlı əlavə tədbirlər haqqındasərəncam imzalayıb.

AZƏRTAC-ın məlumatına görə, sərəncama əsasən Ceyranbatan su kəmərindən Bakı şəhərinə magistral su kəmərinin 4,25 km-lik birinci hissəsinin inşası, tikintisi tamamlanmış "+105 Saray supaylayıcı kamerası”nın mövcud su təchizatı sistemi ilə əlaqələndirilməsi üçün magistral su kəmərlərinin, boşaltma xəttinin inşası və yarımadanın su təchizatı üçün müstəsna əhəmiyyətə malik Ceyranbatan və Kür sutəmizləyici qurğularında istismar müddətini keçmiş yüksək məhsuldarlıqlı nasos avadanlıqlarının dəyişdirilməsi üçün "Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 10,1 milyon manat ayrılıb.
Xırdalanda 23 bina təmir ediləcək

Prezident İlham Əliyev Xırdalan şəhərində çoxmənzilli binaların əsaslı təmiri iləbağlı tədbirlər haqqında da sərəncam imzalayıb.

Sərəncama əsasən, Xırdalan şəhərində 23 çoxmənzilli binanın əsaslı təmiri işlərinə başlanılması üçün podratçı təşkilatlara zəruri avansın ödənilməsindən ötrü Prezidentin ehtiyat fondundan Abşeron Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.
banner

Oxşar Xəbərlər