Pərvin Kərimzadə: XVIII Zirvə Görüşü ölkəmizə mühüm dividentlər gətirəcək
"Oktyabrın 25-26-da Bakıda Qoşulmama Hərəkatına
üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü keçiriləcək. BMT-dən sonra dünyada ikinci böyük beynəlxalq təşkilatən
toplantısının Bakıda keçirilməsi və Azərbaycan Respublikası 2019-2022-ci illərdə
Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etməsi ölkəmizin dünya birliyində
qazandığı böyük nüfuzundan xəbər verir”.
Bu barədə millət vəkili Pərvin Kərimzadə
"Kaspi” qəzetinə açıqlamasındabildirib. O qeyd edib ki, bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində güclü ölkədir və regionun lider dövləti kimi bu coğrafiyada baş
verən istənilən məsələ ilə əlaqədar maraqlarımız nəzərə alınır.
Deputat deyib ki, Azərbaycan nəinki regional layihələrin
iştirakçısı, həmçinin təşəbbüskarı və lokomotivi rolunda çıxış edir: "Bu uğurlar əsasını ulu öndər Heydər Əliyevin
qoyduğu, hazırda Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilən
uzaqgörən və praqmatik xarici siyasət strategiyası sayəsində qazanılıb. Azərbaycan
uğurla inkişaf edir, ölkəmizdə Azərbaycanın dinamik inkişafı, bütün sahələri əhatə
edən məqsədyönlü islahatlar və əldə edilən nailiyyətlər beynəlxalq müstəvidə
yüksək qiymətləndirilir. Ölkəmizin Qoşulmama Hərəkatına üzv olduqdan cəmi 8
il sonra belə nəhəng bir təşkilatın çox mühüm beynəlxalq tədbirinə ev sahibliyi
etməsi Azərbaycanın müstəqillik tarixində
ən böyük siyasi hadisədir. Həmçinin 2019-2022-ci illərdə təşkilata sədrlik etmək kimi
statusa malik olması da Azərbaycanın etibarlı tərəfdaş
kimi mövqeyini gücləndirməsi, ikitərəfli və çoxtərəfli münasibətlərini inkişaf
etdirməsi baxımından ölkəmizə mühüm dividentlər gətirəcək”.
Millət vəkili P.Kərimzadənin sözlərinə görə, Qoşulmama Hərəkatının üzvləri bloklara qoşulmayan, öz ərazisində xarici hərbi
baza yerləşdirməyən, beynəlxalq münasibətlər sistemində mövcud olan konfliktlərin
sülh yolu ilə həll olunmasına dair mövqe ortaya qoyan bir hərəkatdır. Onun sözlərinə görə, bu Hərəkat üzv dövlətlərin milli müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü
və təhlükəsizliyinin qorunması çərçivəsində imperializm, müstəmləkəçilik və
post-müstəmləkəçilik, irqçilik və hər hansı xarici müdaxilə, zorakı kənar təsir
və təzyiq, eləcə də böyük güclərin münaqişə zəminində yaratdıqları çoxüzvlü hərbi
və siyasi bloklara qarşı formalaşıb: "Ərazi bütövlüyümüzün dəstəklənməsi üçün ölkəmizin dövlətlərin suverenliyi və ərazi bütövlüyünə və
onların beynəlxalq sərhədlərinin toxunulmazlığına hörmət prinsiplərinə ciddi
riayət edən Hərəkatda iştirakı Ermənistan–Azərbaycan
münaqişəsində haqlı mövqeyimizin üzv dövlətlərin diqqətinə çatdırılması
baxımından da çox əhəmiyyətlidir. Qoşulmama Hərəkatının 2016-cı ildə Venesuelada
keçirilən Sammitində qəbul edilmiş yekun sənəddə iştirakçı dövlətlər Ermənistan-Azərbaycan
münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı
prinsipi ilə həll edilməsinin zəruriliyini bildirib, BMT Təhlükəsizlik
Şurasının qətnamələrinin icra edilməsinə çağırışlar ediblər. Bu ilin iyul
ayında Hərəkat üzvləri tərəfindən Venesuela Respublikasının Karakas şəhərində
keçirilən Nazirlər Şurasının yekun sənədində də oxşar mövqe ortaya qoyulub”.
Deputat qeyd edib ki, Qoşulmama Hərəkatına üzvlük Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyinə daha çox dəstəyin
əldə edilməsinə töhfə verib. Onun qənaətincə, XVIII Zirvə Görüşünün Bakıda keçirilməsi regional və beynəlxalq təhlükəsizlik, əməkdaşlıq
baxımından əhəmiyyətli olduğu kimi Azərbaycanın
haqq səsinin dünyada eşidilməsinə yeni bir təkan olacaq.
Alpər TURAN