Pərvin Kərimzadə: Prezident İlham Əliyevin Soçidəki tarixi çıxışı qələbə sorağını verdi
"Prezident
İlham Əliyevin Rusiyanın Soçi şəhərində keçirilmiş "Valday” Beynəlxalq
Diskussiya Klubunun XVI illik iclasında iştirakı, həmin iclasın plenar
sessiyasındakı dərin məzmunlu çıxışı,
səsləndirdiyi bəyanatlar ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmləndirilməsi
istiqamətində atılmış növbəti düşünülmüş addım oldu”.
Bu
barədə Milli Məclisin deputatı Pərvin Kərimzadə "Kaspi” qəzetinə açıqlamasında
bildirib.
O
qeyd edib ki, dünyanın məşhur "beyin mərkəzləri”ndən birində
Prezident İlham Əliyevin çıxışı, milli maraqlarımız naminə sərgilədiyi
qətiyyətli mövqe müzakirələrin kulminasiya nöqtəsinə
çevrilib. Millət vəkilinin
sözlərinə görə, Prezident İlham Əliyevin Ermənistan
hakimiyyəti tərəfindən əzəli torpağımız Dağlıq Qarabağla bağlı son dövrlər səsləndirilən
sərsəm iddialara sərt və tutarlı cavabı hər
bir Azərbaycan vətəndaşını qürurlandırıb: "Dağlıq
Qarabağla bağlı tarixi həqiqətləri tədbir iştirakçılarının diqqətinə çatdıran
Prezident İlham Əliyevin işğalçı Ermənistanın avantürist hakimiyyətinə
ünvanlanmış "Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır
və nida” cavabı işğalçı ölkə rəhbərliyinə yerində verilmiş layiqli və tutarlı mesaj oldu. "BMT Təhlükəsizlik
Şurası erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz
çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. İyirmi beş ildən çoxdur ki,
bu qətnamələr yerinə yetirilmir”- deyə Prezident İlham Əliyev ali beynəlxalq orqan olan BMT Təhlükəsizlik
Şurasının qətnamələrinin kağız üzərində
qaldığını
nəzərə çatdırıb. Ölkə Prezidenti həmçinin münaqişənin həlli yolunun Azərbaycanın
bütün dünya tərəfindən tanınmış ərazi bütövlüyünün bərpa olunmasından, qaçqınların
və məcburi köçkünlərin öz doğma torpaqlarına, o cümlədən Dağlıq Qarabağa
qayıtmasından ibarət olduğunu da vurğulayıb. Bildirib ki, bu, Təhlükəsizlik
Şurasının qətnamələrinə və Helsinki Yekun Aktına uyğundur”.
Deputat deyib ki, Ermənistanın
təcavüzkar siyasətinin girovuna
çevrilən Paşinyanın sərsəm
bəyanatı "Valday” forumu çərçivəsində Rusiya Federasiyası tərəfindən də təəccüblə
qarşılanıb: "Rusiyanın Xarici
İşlər naziri Sergey Lavrov belə bəyanatların prosesin tənzimlənməsinə
kömək etmədiyini söyləyib. Tanınmış rusiyalı politoloq, "Siyasi Araşdırmalar İnstitutu”
qeyri-kommersiya tərəfdaşlığının baş direktoru Sergey Markov Valday” Beynəlxalq
Diskussiya Klubunun növbəti iclasının yekunlarını təhlil edərkən Prezident
İlham Əliyevin öz zəngin təcrübəsi və böyük diplomatik istedadı sayəsində
mövqeyini dəqiq və aydın şərh etməsini yüksək dəyərləndirərək, onun çıxışının
Beynəlxalq Diskussiya Klubunun iclasında ən güclü bəyanatlardan biri olduğunu
bildirib. Beləliklə, Azərbaycan Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin "Valday”
Beynəlxalq Diskussiya Klubunun plenar iclasındakı çıxışı, "Qarabağ
Azərbaycandır” - bəyanatı bir daha Azərbaycan
reallıqlarını beynəlxalq ictimaiyyətə çatdırmaq sahəsində növbəti uğurlu gediş
olmaqla yanaşı, tezliklə üçrəngli bayrağımızın Lələtəpə yüksəkliyində olduğu kimi, doğma Qarabağın hər bir guşəsində
dalğalanacağından xəbər verir”.
Alpər TURAN