Parisdə Şahin Növrəsli konsert proqramı ilə çıxış edib
Hazırda ömrünün 86 yaşında olan amerikalı
caz pianoçu, bəstəkar və pedaqoq Əhməd Camal postbop caz musiqi janrının
canlı əfsanələrindən biridir. Böyük Erroll Qarnerin təsiri ilə, o, bütün
zamanların ən uğurlu musiqiçisi olmuş, "Bach” və "Art Tatum” sayəsində zəngin
fiqurativ üslub yaratmışdır. O, caz mərkəzi olan Parisdə xüsusi populyarlıq
qazanmış və "L’Olympia” və "Salle
Pleyel” də daxil olmaqla Parisin bütün əsas konsert zallarında konsert proqramı
ilə çıxış edib.
Ə.Camal hər zaman
bütün üslublarda ifa edən pianoçulara açıq olub. Belə ki, "Festival Jazz à St-Germain-des-Prés Paris” caz festivalının təşkilatçıları
Əhməd Camala ifa üçün bir pianoçunu seçmək imkanını yaradıblar. Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa
ofisinin dəstəyi ilə 20 may tarixində Parisdə keçirilən konsertdə bu şərəfə azərbaycanlı
caz musiqiçisi Şahin Növrəsli layiq
görülüb. Bu, əvvəllər digər üç ekstraordinar azərbaycanlı caz pianoçusuna –
İsfar Sarabski, Emil Əfrasiyab və Elçin Şirinova sponsorluq etmiş təşkilat tərəfindən əsası
qoyulmuş ənənənin davamıdır.
Uzun müddət Əhməd Camalla işləmiş bas gitaraçı Ceyms Kammak, əvvəllər
Di Di Bridcvoter, Stefan Qrapelli və Çik Kori ilə birgə ifa etmiş yetmiş yaşlı
fransız zərb ifaçısı Andre Sekarelli, ifası ilə auditoriyanı heyrətləndirən və
qeyri adi aura təsiri yaradan gürcü zərb ifaçısı İrakli Koiava ilə birlikdə Okeanoqrafiya
İnstitutunun "La Maison des Océans” konsert zalında çıxış edən Şahin Novrəsli "Emanation” adlı ikinci
albomunu təqdim edib.
"Bayatı” adlı birinci albomundan sonra Şahinin ərsəyə gəlmiş
ikinci albomu Əhməd Camalın həmprodüsserliyi ilə Parisdə yazılmışdır. Albomda
yer alan bəzi parçalarda skripkaçı Didye Lokvudun ritm bölmələri təqdim olunur.
Konsert zamanı Şahin, öz kompozisiyaları və Azərbaycan
müsqisinin variasiyalarından
ibarət geniş spektrli əsərlər ifa edib. Açılış üçün ifa etdiyi birinci
parça "Stella By Starlight” olub.
Bu əsər yetmiş ildən artıqdır ki, bir çox caz musiqiçilərini ilhamlandırır.
Piano stulunun qırağında oturaraq yaradıcılıqla ifa edən Şahin çox vaxt sanki
notları ürəyinin dərinliklərindən çıxarırdı. Konsert zamanı dörd musiqiçi
arasında gedən ötürmələr çox aydın idi. Onun hipnotik variasiyaları davam
etdikcə improvizasiyaları daha da qəlizləşirdi və bir növ Telonius Monka bənzər, lakin tamamilə цzьnəməxsus
qaydada ahəngdar dərinlik yaradırdı.
Şahin
"How About
You ?” (Bəs sən?) adlı əsər üzərində xoşahəngli, lakin başgicəlləndirən variasiyaları ilə
auditoriyanı ovcunda saxlayırdı. Onları fit çalan
və ayaqlarını yerə vuran kütləyə çevirirdi. Onlar dərk edirdi ki, gözlərinin
önündə olan sənətkar gücünün ən yüksək nöqtəsindədir. Bundan sonra Azərbaycan
musiqi parçası ifa edildi və bu, həyəcanı pik nöqtəsinə çatdırdı. Burada iki zərb ifaçısı, bas
gitara ifaçısı və Şahin qeyri-adi simbiotik əlaqə yaratdılar.
"Le Figaro” nəşrinin caz mütəxəssisi Kristof Dore konsert haqda
təəssüratları: "Çox az musiqiçi tapılar ki, bizlərə öz musiqi bacarığı, janrı və
üslubu ilə yenilik gətirir, not çaylarını öz barmaqları ilə axına çevirir. Azərbaycanlı
pianoçu Şahin Növrəsli əsası klassik musiqidə qoyulmuş öz nəslinin ən böyük caz
musiqiçilərindən biridir.
Onun sonuncu "Emanation” albomu şərqdən ilhamlanan,
həm şən, həm də, virtuoz ifa xəzinəsidir və klassik musiqi ilə caz musiqisini
birləşdirərək xüsusilə uğurlu vəhdət yaradır”.
"Festival
Jazz à St-Germain-des-Prés Paris” caz festivalında Azərbaycan
Respublikası baş nazirinin müavini Elçin Əfəndiyev, Azərbaycanın
Fransadakı səfiri Elçin Əmirbəyov və Azərbaycanın Xorvatiyadakı səfiri Kamil
Xasıyev iştirak ediblər.
Şahin Növrəsli şəxsi saytına www.shahinnovrasli.com və "Emanation” albomunu sifariş etmək ьзьn bu səhifəyə keзin http://bit.ly/emanationnovrasli.