• şənbə, 27 Aprel, 05:00
  • Baku Bakı 14°C

Pakistan XİN Dağlıq Qarabağda keçirilən qondarma referenduma müşahidəçi göndərilmədiyini açıqlayıb

21.02.17 13:50 969
Pakistan XİN Dağlıq Qarabağda keçirilən qondarma referenduma müşahidəçi göndərilmədiyini açıqlayıb
"Pakistan hökuməti Dağlıq Qarabağda keçirilən qondarma referenduma heç bir müşahidəçi göndərməyib”.
Bu barədəAPA-ya Pakistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. XİN sözçüsü Ermənistan mətbuatında yayılan məlumatların doğru olmadığını bəyan edib: "Biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyirik. Pakistanın mövqeyi ondan ibarətdir ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü,BMTTəhlükəsizlik Şurasının qətnamələrinə əsasən Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarının qaytarılması çərçivəsində həllini tapmalıdır. Ermənistan Silahlı Qüvvələri Dağlıq Qarabağ və ətraf rayonlardan çıxarılmalı, qaçqın və məcburi köçkünlər öz evlərinə qayıtmalıdır”.
Pakistan XİN xatırladıb ki, İslamabad Ermənistanın Azərbaycana qarşı işğalçılığı üzrə İslam Əməkdaşlıq Təşkilatının təmas qrupunun üzvüdür.
Qeyd edək ki, Ermənistan mediası Dağlıq Qarabağda keçirilən qondarma "referendum”da Pakistandan olan müşahidəçilərin da iştirakı etdiyi barədə xəbər yayıb.
banner

Oxşar Xəbərlər