AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Pakistan parlamentinin üzvləri Ermənistanın Azərbaycana qarşı son təxribatını pisləyiblər

Pakistan parlamentinin üzvləri Ermənistanın Azərbaycana qarşı son təxribatını pisləyiblər

Cəmiyyət
30 İyul 2020, 13:07 249
Pakistan Milli Assambleyasında Pakistan-Azərbaycan Parlament Dostluq Qrupunun üzvləri və həmsədri (koordinatoru) Ermənistanın Azərbaycana qarşı son təxribat hücumunu qətiyyətlə pisləyiblər.
Pakistan Milli Assambleyasının sabiq vitse-spikeri, hazırda Milli Assambleyada Pakistan-Azərbaycan Parlament Dostluq Qrupunun həmsədri, millət vəkili Murtuza Abbasinin Azərbaycannın Pakistandakı səfirliyinə ünvanladığı müraciətdə bildirilir ki, Pakistan bu çətin qlobal pandemiya dövründə də, erməni təcavüzünə məruz qalan qardaş Azərbaycan xalqının yanındadır:
"Pakistan-Azərbaycan Parlament Dostluq Qrupunun üzvləri adından və qrupun həmsədri (koordinatoru) olaraq, Ermənistanın Azərbaycan silahlı qüvvələrinə qarşı son təxribat hücumunu qətiyyətlə pisləyirəm. Biz-Pakistan xalqı Azərbaycanın suverenliyi və ərazi bütövlüyü məsələsində onunla həmrəyik. Ermənistan-Azərbaycan sərhədi boyunca erməni silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin pozularaq, Azərbaycan silahlı qüvvələrinin və mülki şəxslərin hədəfə alınmasını pisləyirik.
Biz hər zaman Dağlıq Qarabağın Ermənistan tərəfindən qanunsuz işğalına qarşı Azərbaycana olan dəstəyimizi davam etdirmişik. Dağlıq Qarabağ münaqişəsi regional sülh və təhlükəsizlik üçün ciddi təhdiddir və münaqişə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq həll edilməlidir".