“Oyalı Türkülər” işıq üzü gördü…

“Oyalı Türkülər” işıq üzü gördü…

Mədəniyyət
17 Dekabr 2019, 17:01 357
Azərbaycanda fəaliyyət göstərən türkiyəli opera sənətkarı Oya Ergünün ölkəmizdə 4 cü albomu işıq üzü görüb.
"Kaspi.az”-ın  məlumatına görə O.Ergün Azərbaycanda dördüncü, solo albomum "Oyalı türkülər” adlanır. Bu albomumda 12 türk xalq mahnısı yer alıb.
Sənətkar mediaya açıqlamasında bildirib ki, hər albomun da olduğu kimi, burda da bəzi mahnıların onun həyatında özəl yeri vardır: "Türkiyə 7 bölgədən ibarətdir, bizim bu albomda da 7 bölgəyə aid ifalar var.  Bu musiqilərin  bəzilərinin  mənim həyatımda xüsusi yeri var. Ona görə ki, albomumda bəzi mahnılarını ürəyimin sahiblərinə hədiyyə etmişəm. Onu da qeyd etmək istəyirəm ki, ifa etdiyim Türkülərdə bir çox  yeniliklərdən istifadə  etmişəm. Albomdakı mahnılardan insan səsindən instrument kimi istifadə olunub. Təbiətin səsi, məsələn quşların, küləyin, dənizin səsini insan səsi ilə yaratmağa çalışmışam. Qeyd edim ki, albomumun ərsəyə gəlməsində  mən çox yaxın musiqiçi dostlarım və sevdiyim insanların dəstək oldu. Hər birinə ayrı-ayrılıqda təşəkkürlərimi bildirirəm ” .
 
Məlumat üçün bildirək ki, bu albom Oya Ergünün çoxdan ki, arzusu olub. Xanım sənətkar oxuduğu  xalq türkülərinində, bütün musiqi çeşitlərindən istifadə edib. Yeni  janırda  səslənən mahnılarda modern dövrün musiqisindən, tutmuş klassik caz, vokal kimi ifalar vardır. Demek olar ki, Oya xanım xəyalındakı albomu  tam mənası ilə gərçəkləştirib. Disktə yer alan mahnılar sırasında  Azərbaycanda da tanınan 12- Türkyə xalq mahnılardan "Çenberimde Gül Oya” "Gemiler Giresune” "Koyverdin  Gittin Beni” "Mavilim Mavişelim” " Karadır Kaşların” və sayır kimi türkülər yer alıb.  Onu deyə ki, Oya xanımın Abomunu "Spotify” və "İtunes” dinləyə bilərsiniz.
 
Qeyd edəki, dünyanın müxtəlif ölkələrində konsertlər verən Oya Ergün "Oyalı türkülər”dən  öncə Azərbaycanda Ruhum, Sevgilim, "Baroque Lace” kimi albomları işıq üzü görüb.