• cümə, 26 Aprel, 15:08
  • Baku Bakı 23°C

Orduda QHT və dini qurumların yaradılması və fəaliyyəti qadağan edilir

12.12.17 15:50 3220
Orduda QHT və dini qurumların yaradılması və fəaliyyəti qadağan edilir
Azərbaycan Silahlı Qüvvələrində qeyri-hökumət təşkilatları (QHT) və dini qurumların yaradılması və fəaliyyəti qadağan edilir.

APA-nın məlumatına görə, bu, yenidən hazırlanmış "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsinin 5-ci (Silahlı Qüvvələrin hərbi quruculuq və fəaliyyət prinsipləri) maddəsində əksini tapıb.

Maddədə bildirilir ki, Silahlı Qüvvələrdəsiyasi partiyaların, qeyri-hökumət təşkilatlarının və dini qurumların yaradılması və fəaliyyəti qadağan edilir.

Qanunun hazırda qüvvədə olan variantının müvafiq maddəsi isə belədir: Azərbaycan Respublikasının Silahlı Qüvvələrində siyasi məqsədlər daşıyan hər hansı təşkilatların və həmkarlar ittifaqlarının fəaliyyətinə yol verilmir.

Yeni qanun layihəsi ikinci oxunuşdaMilli Məclisin dekabrın 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
banner

Oxşar Xəbərlər