• şənbə, 27 Aprel, 04:05
  • Baku Bakı 14°C

Nuşirəvan Məhərrəmli: "Hazırda "Maşın-şou"da baş verənlərdə qanun pozuntusu yoxdur”

19.10.17 14:20 1464
Nuşirəvan Məhərrəmli: "Hazırda "Maşın-şou"da baş verənlərdə qanun pozuntusu yoxdur”
"Milli Televiziya və Radio Şurası Azərbaycan teleradio məkanında bütün verilişlərin milli-mənəvi dəyərlər çərçivəsində aparılmasını diqqətdə saxlayır. Bəzən özəl telekanallarımızda milli-mənəvi dəyərlərə qarşı biganəlik göstərilir, bəzi xoşagəlməz hadisələr baş verir".
APA-nın məlumatına görə, bunu Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.
ATV telekanalında yayımlanan "Maşın-şou" ilə bağlı MTRŞ-in hansı addımları atacağı barədə suallara cavab olaraq N. Məhərrəmli bunları deyib: "İstərdik ki, bütün şou xarakterli verilişlərdə milli-mənəvi dəyərlər qorunsun. Əgər "Maşın-şou"da qanun pozuntuları olarsa, biz ciddi şəkildə onlara qarşı tədbirlər görəcəyik. Amma hazırda baş verənlər qanun pozuntusu deyil. Çox təəssüf ki, verilişlər aşağı səviyyədədir, qanun isəaşağı səviyyədə olan verilişlərə icazə verir. Çalışmaq lazımdır ki, keyfiyyətli verilişlər ortaya qoyaq".
banner

Oxşar Xəbərlər