AZE | RUS | ENG |


Novruz Məmmədov: "Terrorla mübarizədə həmişə Türkiyə xalqının yanındayıq”

Novruz Məmmədov:
"Biz terrorla mübarizədə həmişə Türkiyə xalqının yanındayıq”.
 
APA-nın məlumatəna görə, bunu İstanbulda törədilən terror aktına münasibət bildirən Azərbaycan Prezident Administrasiyasının rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov özünün "twitter" səhifəsində yazıb.
 
N. Məmmədov bildirib ki, bu hadisə bayram şənliyi zamanı insanlığa qarşı törədilmiş qanlı terror aktıdır.
 
Qeyd edək ki, bu gecə yerli vaxtla saat 01.15 (Bakı vaxtı ilə 02.15) radələrində naməlum silahlı şəxs İstanbuldakı "Reina" gecə klubuna yaxınlaşaraq,  girişdə duran polis əməkdaşını və mülki şəxsi qətlə yetirib, sonra isə içəri daxil olaraq oradakı insanlara atəş açıb. Hücum zamanı gecə klubunda Yeni il bayramını qeyd edən  600-dək insan olub. Nəticədə 39 nəfər ölüb, 65 yaralı var.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0047
GEL 1 Gürcü larisi 0.6942
GBP 1 İngilis funt sterlinqi 2.1858
TRY 1 Türk lirəsi 0.4759
KWD 1 Küveyt dinarı 5.5856
SEK 1 İsveç kronu 0.1942
EUR 1 Avro 1.8627
CHF 1 İsveçrə frankı 1.7155
USD 1 ABŞ dolları 1.7025