• çərşənbə axşamı, 19 mart, 07:52
  • Baku Bakı 8°C

Novruz Məmmədov : "Bir milyon qaçqın və məcburi köçkünlə bağlı bəzən dilucu danışan da tapılmır"

23.10.17 15:40 2277
Novruz Məmmədov : "Bir milyon qaçqın və məcburi köçkünlə bağlı bəzən dilucu danışan da tapılmır"
"Bu gün Myanmada Rohinca müsəlmanları ilə bağlı böyük bir insan faciəsi baş verir".
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi, PA-nın şöbə müdiriNovruz Məmmədovdeyib.
N. Məmmədov bildirib ki, bir neçə gün əvvəl "Euronews" telekanalı Rohinca müsəlmanları ilə bağlı faciəni zəmanəmizin ən böyük faciələrindən biri kimi dəyərləndirib: "Bu, həqiqətdir. Amma bu faciəni kimlər törədib, hansı ölkədə baş verir? Bu faciə Qərbin uzun illər müdafiə etdiyi, həbsxanadan azad etdiyi Nobel sülh mükafatı laureatı, Myanma xarici işlər naziri və dövlət müşaviri Aung San Suu Kyi adlı bir hüquq müdafiəçisinin indi rəhbəri olduğu ölkədə baş verir. Bu hüquq müdafiəçisi faktiki ölkənin lideri, baş naziri vəzifəsindədir. Amma Qərb Rohinca müsəlmanları ilə bağlı məsələyə sərt, qəti mövqe bildirmir".
N. Məmmədov qeyd edib ki, 1990-cı illərin əvvəlində Azərbaycanda 1 milyondan çox insan qaçqın və məcburi köçkünə çevrilib: "Bu illər ərzində Azərbaycanda baş verənləri niyə əsrimizin ən böyük faciələrindən biri kimi qiymətləndirmədilər? Bu, bir nümunədir. Bəli, Rohinca müsəlmanlarına qarşı törədilənlər böyük faciədir, amma Azərbaycan haqqında bir dəfə də bunu deməyiblər. "Euronews" telekanalı da bu sıradandır. Azərbaycanda bir insanın hüququnun pozulduğu iddia olunsa, bu barədə aylarla danışıb, yazacaqlar. Amma bir milyon qaçqın və məcburi köçkünlərlə bağlı bəzən dilucu danışan da tapılmır. Bu, qərəz, ikili standart deməkdir. Dünyada sabitliyə, təhlükəsizliyə mane olan məhz belə hallardır. Azərbaycana qarşı belə hallara tez-tez yol verilir".
banner

Oxşar Xəbərlər