• şənbə, 27 Aprel, 08:30
  • Baku Bakı 12°C

Netanyahu: “Azərbaycan müsəlman dünyasının vacib ölkəsidir”

13.12.16 13:47 814
Netanyahu: “Azərbaycan müsəlman dünyasının vacib ölkəsidir”
"Azərbaycan və Qazaxıstan müsəlman dünyasının vacib və böyük ölkələridir”.
APA-nın məlumatına görə, bu sözləri İsrailin baş naziriBenyamin NetanyahuAzərbaycana səfərindən əvvəlhavalimanında jurnalistlərə açıqlamasında deyib.
"Azərbaycanla Qazaxıstan müsəlman dünyasının iki böyük və vacib ölkəsidir. Bizim məqsədimiz onlarla siyasi, maliyyə və təhlükəsizlik sahəsində münasibətlərigücləndirməkdir.Vaxtaşırı İsrail ilə bağlı eşitdiklərinizdən fərli olaraq, İsrail nəinkisiyasi təcriddən əziyyət çəkir, tam əksinə, bu ölkələr İsraillə münasibətlərini gücləndirmək istəyir. Asiya, Afrika, Latın Amerikası ölkələri ilə münasibətlərimizi gücləndirdikdən sonra indinövbə müsəlman dünyasının vacibölkələrinə çatıb”.
B. Netanyahu ilk dəfə 20 il əvvəl baş nazir kimi Azərbaycana səfər etdiyini və prezident Heydər Əliyevlə görüşdüyünü xatırladıb. O, hazırkı səfərini davamlılıq və vacib irəliləyiş adlandırıb.
B. Netanyahu Azərbaycandan Qazaxıstana yola düşəcək.
banner

Oxşar Xəbərlər