• şənbə, 27 Aprel, 00:55
  • Baku Bakı 14°C

Nazirlik: Dağlıq Qarabağdan olan musiqi qrupunun İranda çıxış etməsi araşdırılır

07.02.17 12:20 1085
Nazirlik: Dağlıq Qarabağdan olan musiqi qrupunun İranda çıxış etməsi araşdırılır
"İşğal olunmuş Dağlıq Qarabağdakı separatçı rejimin "Artsaxın səsi” adlı musiqi qrupunun İranda konsert proqramı ilə çıxış etməsi məsələsindən xəbərimiz var. Bu məsələniMədəniyyət və Turizm NazirliyiXarici İşlər Nazirliyiilə birgə araşdırır".
BununAPA-ya açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov deyib. Nazirlik rəsmisi bildirib ki, araşdırmaların nəticəsi haqqında ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, İşğal olunmuş Dağlıq Qarabağdakı separatçı rejimin "Artsaxın səsi” adlı musiqi qrupu İranda konsert proqramı ilə çıxış edəcək. Qrup bu il Rusiya, Argentina və Braziliyada da çıxış etmək üçün dəvət alıb.
banner

Oxşar Xəbərlər