• şənbə, 27 Aprel, 08:32
  • Baku Bakı 12°C

Nazirlik: Ağır gedişli qripə bənzər infeksiyalar qeydə alınıb

23.12.16 16:25 921
Nazirlik: Ağır gedişli qripə bənzər infeksiyalar qeydə alınıb
"Laborator müayinələr davam etdirilir. Payız-qış mövsümündə ağır gedişli xəstələrdən götürülən müayinə materiallarında qrip virusları aşkarlanmayıb. Vəziyyət tam nəzarət altındadır”.
BunuAPA-ya Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.
O bildirib ki, əsasən ağır gedişli qripə bənzər, respirator virus infeksiyaları qeydə alınıb.A. Əliyeva qeyd edib ki, hazırda bütün təhsil müəssisələrində profilaktik dezinfeksiya işləri aparılır: "Noyabrda iki dəfə təhsil müəssisələrində dezinfeksiya aparılıb. İndi dezinfeksiya işləri bütün təhsil müəssisələrində - məktəblərdə, məktəbə qədər təhsil müəssisələrində, müalicə-profilaktika müəssisələrində yüksək səviyyədə təmin edilir. Düşünürəm ki, profilaktik tədbirlərin aparılması ilə xəstəliyin qarşısı alınacaq”.
banner

Oxşar Xəbərlər