• cümə, 26 Aprel, 17:09
  • Baku Bakı 23°C

Naxçıvan Muxtar Respublikasının müstəqillik dövrü fakt və rəqəmlərdə

20.10.16 15:28 1330
Naxçıvan Muxtar Respublikasının müstəqillik dövrü fakt və rəqəmlərdə
AMEA Naxçıvan Bölməsində Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komtəsinin iştirakı ilə "Naxçıvan Muxtar Respublikasının müstəqillik dövrü fakt və rəqəmlərdə” adlı elmi-praktik konfrans keçirilib.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev tədbiri giriş sözü ilə açaraq Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü ilə əlaqədar Naxçıvan Muxtar Respublika Ali Məclis Sədrinin təsdiq etdiyi Tədbirlər Planına əsasən regiоnumuzda, o cümlədən AMEA Naxçıvan Bölməsində bir sıra yaddaqalan tədbirlərin keçirildiyini vurğulayıb. Müstəqillik illəri bütün sahələrin inkişafında o cümlədən də elmin inkişafında böyük imkanlar yaradmışdır-deyən akademik dahi öndər Heydər Əliyevin milli dəyərlər üzərində qurduğu dövlətin uğurlu siyasətdən ətraflı danışıb.

Tədbirdə yüksək inkişaf və tərəqqinin təməl tarixi olan 1969-cu illərdə ulu öndər Heydər Əliyev ilk növbədə respublikanın müxtəlif sahələrinin dirçəldilməsinə böyük önəm göstərdiyini, dahi öndərin yenidən hakimiyyətə qayıdışından sonra həyata keçirdiyi bir sıra ictimai-siyasi prоseslər, habelə tarixi əhəmiyyətə malik sərəncamlar, fərmanlar haqqında xüsusi qeyd olunub.

Bildirilib ki, bu gün həyatımızın elə bir sahəsi yoxdur ki, orada ulu öndər Heydər Əliyevin izi olmasın. Dаhi şəхsiyyət Аzərbаycаnа rəhbərlik etdiyi bütün illərdə tаriхimizə, tаriхi keçmişimizə, mədəniyyətimizə, elmimizə, təhsilimizə, iqtisadiyyatımıza ümumilikdə bütün sahələrə хüsusi diqqət və qаyğısını göstərib. Həmişə olduqcа dəyərli fikir və tövsiyələr irəli sürüb və çoх böyük əməli işlər görüb. Xalqımızın mərd və mübariz, uzaqgörən оğlu Hеydər Əliyеvin əsasını qоyduğu stratеji siyasi kursu bu gün yеni dövrün tələblərinə uyğun оlaraq uğurla davam еtdirilir.

Elmi-praktik konfranda AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev "Naxçıvan Muxtar Respublikasında elmin inkişafı fakt və rəqəmlərdə (1991-2016-cı illər)”, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komtəsinin sədri Kamal Cəfərov "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı fakt və rəqəmlərdə”, bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri Emin Şıxəliyev "Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafı (1991-2016-cı illər)” mövzusunda məruzələrlə çıxış ediblər.



banner

Oxşar Xəbərlər