• cümə, 26 Aprel, 13:45
  • Baku Bakı 23°C

Naqif Həmzəyev Gəncədə sosial evləri tikilməsini yenidən gündəmə gətirdi

20.11.19 14:36 1292
Naqif Həmzəyev Gəncədə sosial evləri tikilməsini yenidən gündəmə gətirdi
"Ölkə Prezidenti İlham Əliyevin göstəriş və sərəncamından sonra Azərbaycanda sosial mənzillərin tikintisinə başlanıldı. Bir neçə ildir ki, sosial mənzillər Bakı şəhərində tikilir. 2017-ci ildən etbarən Gəncə şəhərində də sosial mənzillərin tikilməsi üçün yerlər ayrıldı”.
Bu barədə millət vəkili, YAP Gəncə Şəhər Təşkilatının sədri Naqif Həmzəyev Milli Məclisin komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi ilə bağlı müzakirələr zamanı bildirib.
Bu günə qədər Gəncə şəhərində sosial mənzillərin tikintisinin həyata keçirilmədiyini təəssüflə bildirən Naqif Həmzəyev Gəncə şəhərində sosial mənzillərin tikilməsinin Gəncə və ətraf bölgələrdə yaşayan gənc ailələrin sosial evlərlə təminatı məsələsinə müsbət təsir göstərəcəyini qeyd edib. Onun fikrincə, belə olduğu təqdirdə gənc ailələr Bakı şəhərinə üz tutmazlar.
Deputat Naqif Həmzəyev sovetlər dövründə tikilən, bu günə qədər təmir edilməyən Səhiyyə Nazirliyinin balansında olan Gəncə Körpələr evinə vəsaitin ayrılmasını da gündəmə gətirib: "Burada valideyn himayəsindən kənarda qalan 3 yaşına qədər uşaqlar saxlanılır. 3 yaşından sonra onlar digər müəssisələrə göndərilir. Bu yaxınlarda Gəncə Körpələr evini yenidən ziyarət etdim. Doğrusu orada vəziyyət o qədər ürəkaçan deyil, təminat da zəifdir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın diqqəti, qayğısı və dəstəyi ilə bu kateqoriyadan olan müəssisələr təmir edilir. Gəncə şəhər Körpələr Evi diqqətdən kənarda qalıb. 2020-ci ildə bu müəssisə nəzarətə götürülərsə, bina təmir edilərsə bizim də ürəyimiz rahat olar”.
banner

Oxşar Xəbərlər