AZE | RUS | ENG |

Ümumi vəsaitin 70 faizi sənaye və tikinti sahəsinə yönəldilib

Ümumi vəsaitin 70 faizi sənaye və tikinti sahəsinə yönəldilib
2019-cu ilin yanvar-iyun aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 48,4 faizi sənaye, 21,7 faizi isə tikinti sahəsinə yönəldilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 14,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,1 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 2,3 faizi informasiya və rabitə, 2 faizi təhsil, 1,1 faizi səhiyyə, 0,7 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, hər birində 0,6 faiz olmaqla turistlərin yerləşdirilməsi və ictimai iaşə, peşə, elmi və texniki fəaliyyət, digər sahələrdə xidmətlərin göstərilməsi, 0,4 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 0,3 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, hər birində 0,1 faiz olmaqla maliyyə və sığorta fəaliyyəti, daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrinə sərf edilib.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8825
GEL 1 1 Gürcüstan larisi 0.5737
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1197
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1768
CHF 1 1 İsveçrə frankı 1.72
KWD 1 1 Küveyt dinarı 5.5941
TRY 1 1 Türkiyə lirəsi 0.2964