• cümə axşamı, 26 iyun, 14:50
  • Baku Bakı 27°C

SOCAR korporativ tərəfdaşlıq əlaqələri qurub 

26.06.25 00:14 112
SOCAR korporativ tərəfdaşlıq əlaqələri qurub 

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) beynəlxalq keyfiyyət idarəetməsi sahəsində nüfuzlu təşkilatlardan biri olan “Chartered Quality Institute” (CQI) ilə korporativ tərəfdaşlıq əlaqələri qurub.

Bu barədə “Report”a SOCAR-dan məlumat verilib. 

Bildirilib ki, SOCAR-ın CQI ilə korporativ tərəfdaşlığı şirkətin keyfiyyətin idarə olunması və əməliyyat proseslərində beynəlxalq standartlara uyğunluq istiqamətində atdığı strateji addımlardan biridir. Bu tərəfdaşlıq SOCAR əməkdaşlarının qlobal təcrübələrdən, o cümlədən dünyanın aparıcı təşkilatlarının istifadə etdiyi qabaqcıl keyfiyyət idarəetmə metodologiyalarından, CQI və “International Register of Certificated Auditors” (IRCA) tərəfindən təsdiqlənmiş təlim və sertifikatlaşdırma imkanlarından faydalanmalarına imkan verəcək. Həmçinin SOCAR-ın beynəlxalq arenada etibarlı, şəffaf və keyfiyyətə önəm verən korporativ lider kimi mövqeyini daha da gücləndirəcək.

Əməkdaşlıq, eyni zamanda şirkətin sosial məsuliyyət, sənaye təhlükəsizliyi, ətraf mühitə təsirlərin azaldılması və daxili potensialın inkişafı kimi sahələrdə fəaliyyətinin daha da gücləndirməsinə imkan yaradacaq.

CQI-nin əsas məqsədi müəssisələrin effektivliyini, dayanıqlığını və müştəri məmnuniyyətini artırmaq üçün strukturlaşdırılmış keyfiyyət idarəetmə yanaşmalarının tətbiqini təşviq etməkdir.

banner

Oxşar Xəbərlər