• şənbə, 27 Aprel, 05:32
  • Baku Bakı 14°C

Müəllimlərin sınaq qiymətləndirilməsinin nəticələri açıqlanıb

20.06.14 10:43 1514
Müəllimlərin sınaq qiymətləndirilməsinin nəticələri açıqlanıb
Bakı şəhərinin dövlət ümumtəhsil məktəblərində çalışan müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsinin nəticələri açıqlanıb.
Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, müəllimlər nəticələrlə bakuedu.az saytından istifadə etməklə tanış ola bilərlər. İş nömrəsi, məktəb kodu və doğum ilini yazmaqla nəticəniz haqqında məlumat əldə etmək olar. Nəticələrin öyrənilməsi ilə bağlı problem yarandıqda saytda yerləşdirilmiş “Müraciət forması”nı doldurmaq xahiş olunur. Müraciətlərə 1 (bir) iş günü ərzində cavab veriləcək.
Qeyd edək ki, sınaq qiymətləndirmə 10 - 13 iyun tarixlərində keçirilib.
banner

Oxşar Xəbərlər