• cümə, 26 Aprel, 11:23
  • Baku Bakı 12°C

Müəllimlərin dərs yükü, direktorların maaşı artırılacaq

11.09.13 12:55 2150
Müəllimlərin dərs yükü, direktorların maaşı artırılacaq
APA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov Bakı şəhəri təhsil işçilərinin ənənəvi konfransında çıxışında deyib. Ümumi orta təhsilin əhəmiyyətinə toxunan nazir təhsil müəssisələrinin işinin daha səmərəli təşkili üçün qarşıda duran vəzifələrdən bəhs edib. Mikayıl Cabbarov ingilis dilinin tədrisinin gücləndirilməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, məktəblərin dayanıqlı internetlə təmin olunması istiqamətində nəzərdə tutulmuş dəyişikliklər və digər zəruri tədbirlər haqqında məlumat verib. Təhsil naziri yeni tədris ilində ilk dərsin vətənpərvərlik mövzusuna həsr olunacağını söyləyib və təhsil müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlarını verib.
Nazir bir sıra digər həlli vacib məsələlərlə bağlı fikirlərini bildirib, yeni dərs ilində təhsil ictimaiyyətinin qarşısında duran əsas vəzifələri nəzərə çatdırıb.
banner

Oxşar Xəbərlər