• cümə, 26 Aprel, 13:16
  • Baku Bakı 23°C

MM sədrinin müavini: "Xəzərin delimitasiyasının təşəbbüskarı Azərbaycan olub"

25.04.17 12:20 825
MM sədrinin müavini: "Xəzərin delimitasiyasının təşəbbüskarı Azərbaycan olub"
"Azərbaycan Xəzəryanı ölkələrlə səmərəli əməkdaşlığın tərəfdarı olub. Xəzər dənizinin delimitasiyası məsələsində Azərbaycan təşəbbüskar olub, beynəlxalq hüquq çərçivəsində bu məsələnin həllinə töhfələr verib".
"APA-Economics" xəbər verir ki, bunu bu gün Bakıda keçirilən II SOCAR Beynəlxalq "Xəzər və Mərkəzi Asiya - Neft Emalı, Neft-kimya, Ticarət və Logistika" ForumundaMilli Məclissədrinin müavini, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov deyib.
Onun sözlərinə görə, artıq Azərbaycan, Rusiya və Qazaxıstan arasında Xəzər dənizinin dibinin bölüşdürülməsi məsələsi həllini tapıb. V.Ələsgərov digər Xəzəryanı ölkələrin də bu sazişlərə qoşulacağına ümid etdiyini bildirib.
"Azərbaycan Xəzəryanı ölkələr üçün nümunə olaraq Xəzər dənizindən hasil olunan neft və qazı dünya bazarlarına çıxara bildi. HazırdaTANAPvə TAP layihəsi istiqamətində müvafiq tədbirlər görülür. Əminəm ki, 2018-ci ilin sonu, ən gec 2019-cu ilin əvvəlində Azərbaycan qazı dünya bazarına çıxarılacaq", - deyə o vurğulayıb.
banner

Oxşar Xəbərlər