• şənbə, 27 Aprel, 02:22
  • Baku Bakı 14°C

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

01.03.17 15:50 826
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Azərbaycan Milli Məclisinin martın 7-də keçiriləcək plenar iclasının gündəliyi müəyyənləşib.
ParlamentdənAPA-ya verilən məlumata görə, iclasın gündəliyinə 13 məsələ daxildir.
Gündəlikdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2016-cı il üzrə illik hesabatı, Milli Məclisin komitə üzvünün təyin edilməsi, Mərkəzi Bank idarə heyətinə yeni üzvlərin təyin edilməsi ilə bağlı sənədlər, "Telekommunikasiya haqqında”, "Lisenziya və icazələr haqqında”, "Sərhəd Qoşunları haqqında” qanunlara dəyişikliklər, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” yeni qanun layihəsi və digər məsələlər var.
banner

Oxşar Xəbərlər