• cümə, 26 Aprel, 11:50
  • Baku Bakı 12°C

Milli Məclisin deputatları Bolqarıstanda parlament seçkilərini müşahidə edəcəklər

01.04.21 14:15 532
Milli Məclisin deputatları Bolqarıstanda parlament seçkilərini müşahidə edəcəklər

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev və Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rauf Əliyev Bolqarıstanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün aprelin 2-də bu ölkənin paytaxtı Sofiya şəhərinə səfər edəcəklər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindənAPA-ya verilən məlumata görə, Musa Quliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin, Rauf Əliyev isə Milli Məclisin xətti ilə seçkiləri izləyəcəklər.
Aprelin 4-də keçiriləcək seçkilər zamanı deputatlarımız bir sıra məntəqələrdə olacaq, orada yaradılmış şəraitə, seçicilərin fəallığına diqqət yetirəcək, prosesin gedişini müşahidə edəcəklər.
Səfər aprelin 6-da başa çatacaq.
banner

Oxşar Xəbərlər