• cümə, 26 Aprel, 07:36
  • Baku Bakı 12°C

Ümid Partiyasından istefalar başladı

10.10.13 14:46 1543
Ümid Partiyasından istefalar başladı
Aynur İmranova Ümid Partiyasının sədrinin müavini vəzifəsindən istefa verib.
APA-ya açıqlamasında Aynur İmranova Ümid Partiyasından və bu qurumda tutduğu vəzifəsindən istefa verdiyini təsdiqləsə də deyib ki, hələlik istefasının səbəbləri ilə bağlı danışmaq istəmir.
Qeyd edək ki, Aynur İmranova “facebook” səhifəsində istefası ilə bağlı belə status yazıb: “Açıqlamaq istəyirəm ki, bu andan etibarən Ümid Partiyasının sıralarından istefa barədə qərar qəbul eləmişəm. Mən başda İqbal Ağazadə olmaqla bütün ümidçilərə bundan sonrakı siyasi fəaliyyətlərində uğurlar arzulayıram”.
Ümid Partiyasının daha bir sədr müavini Ruslan İzzətli də partiyadan istefa verdiyini açıqlayıb.
banner

Oxşar Xəbərlər