AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Meteohəssas insanlar üçün əlverişsiz hava

Meteohəssas insanlar üçün əlverişsiz hava

Cəmiyyət
29 May 2020, 14:05 174
Ekologiya və Təbii Sərvətlər Nazirliyi may ayının 30-na olan hava proqnozunu açıqlayıb.
 
Milli Hidrometeorologiya Xidmətindən ə verilən məlumata əsasən, mayın 30-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturu Abşeron yarımadasında gecə 17-21, gündüz 24-27, Bakıda gecə 18-20, gündüz 24-26 dərəcə isti olacaq.
 
Atmosfer təzyiqi 753 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək.
 
Mayın 30-da Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 16-21, gündüz 31-36, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti olacaq.
 
Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 30-u gündüzdən 31-i axşamadək Abşeron yarımadasında güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.