• cümə, 26 Aprel, 15:19
  • Baku Bakı 23°C

“Mənim duyğum”un təqdimat mərasimi keçirilib

18.05.16 12:46 1793
“Mənim duyğum”un təqdimat mərasimi keçirilib


Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, "Qızıl qələm” və "Həsən bəy Zərdabi” mükafatları lauretı, şair Etibar Vəliyevin "Mənim duyğum” kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya, riyaziyyat-informatika fakültələrinin tələbələri, müəllifin qələm yoldaşları və yaxın dostları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Etibar Vəliyev yeni işıq üzü görən kitabı, həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verib.
Azərbaycan Yazıçılar Birliyinin aylıq ədəbi-bədii orqanı "Azərbaycan” jurnalının Poeziya şöbəsinin müdiri, şair Qəşəm Nəcəfzadə müəllifin yaradıcılıq nümunələri haqqında danışıb, müxtəlif illərdə qələmə aldığı əsərlərin mövzu dairəsinin müasir dövrlə ayaqlaşdığını xüsusilə qeyd edib.
Şair Balayar Sadiq də Etibar Vəliyevin yaradıcılığından bəhs edib. Onun oxunaqlı, düşündürücü şeirləri ilə poeziyamıza rəng qatdığını vurğulayıb.
Daha sonra şairlər Oqtay Rza, Aləmzar Əliyeva, Nuranə Nur çıxış edərək, müəllifə ürək sözlərini çatdırıblar, yaradıcılığında uğurlar arzu ediblər.
Tədbirdə Azərbaycan Pedaqoji Universitetinin tələbələri müəllifin şeirlərini səsləndiriblər.

Qeyd edək ki, şair "Mənim duyğum” kitabında alan şeirlər müasir insanın duyğu və düşüncələrini poetik bir dillə ifadə edir. Bu duyğular vətən sevgisi, xüsusən Qarabağ harayı, Azərbaycan insanının humanizm hissləri ilə qanadlanır və bütün dünyanı azadlığa, sülhə, bərabərliyə səsləyir.
banner

Oxşar Xəbərlər