AZE | RUS | ENG |

“Məmməd Araz poeziya günü” geniş şəkildə qeyd olunacaq

“Məmməd Araz poeziya günü” geniş şəkildə qeyd olunacaq
Yaxın günlərdə Xalq Şairi Məmməd Arazın adını daşıya poeziya gününə start veriləcək.

Layihənin ideya müəllifi Qardaşxan Əzizxanlı AZƏRTAC-a bildirib ki, ikinci dəfə təşkil olunacaq "Məmməd Araz poeziya günü”nə Yazıçılar Birliyi ilə yanaşı, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu da dəstək verəcək. Paytaxtdan kənarda da tədbirlərin keçirilməsi nəzərdə tutulur. Bir neçə məktəbdə Məmməd Araz yaradıcılığına həsr olunmuş müsabiqə elan olunub və qaliblər şairin doğum günü ərəfəsində mükafatlandırılacaq. Silsilə tədbirlər Fəxri xiyabanda ustad şairin məzarının ziyarət olunması ilə yekunlaşacaq.

Q.Əzizxanlı deyib ki, "Məmməd Araz poeziya günü” ilk dəfə ötən ilin oktyabrında şairin doğum günü münasibətilə keçirilib. Şairin məzarını ziyarətlə başlayan tədbir Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda davam etdirilib. Tanınmış ictimai xadimlərin, elm, sənət adamlarının, tələbələrin, M.Araz irsinin araşdırıcılarının qatıldığı tədbir ölkənin aparıcı informasiya agentliklərində, telekanallarda və mətbuatda geniş şəkildə işıqlandırılıb. İnanıram ki, bu dəfə də belə olacaq və ikinci dəfə keçiriləcək "Məmməd Araz poeziya günü” də geniş ictimaiyyətə çatdırılacaq.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0038
GEL 1 Gürcü larisi 0.6891
GBP 1 İngilis funt sterlinqi 2.3714
TRY 1 Türk lirəsi 0.4488
KWD 1 Küveyt dinarı 5.6678
SEK 1 İsveç kronu 0.2089
EUR 1 Avro 2.0914
CHF 1 İsveçrə frankı 1.8180
USD 1 ABŞ dolları 1.7001