• cümə, 26 Aprel, 20:55
  • Baku Bakı 22°C

Məhəmmədrəsul Məcidov və Hacı Əliyevə Prezident təqaüdü təyin olunub

05.09.17 18:02 1165
Məhəmmədrəsul Məcidov və Hacı Əliyevə Prezident təqaüdü təyin olunub
Prezidentİlham ƏliyevAzərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, sərəncamda bildirilir ki, Fransanın paytaxtı Paris şəhərində keçirilmiş güləş üzrə dünya çempionatında Əliyev Hacı Azər oğlu və Almaniyanın Hamburq şəhərində keçirilmiş boks üzrə dünya çempionatında Məcidov Məhəmmədrəsul Yusupoviç yüksək nəticələr əldə edərək üçqat dünya çempionu adını qazanıb və Azərbaycan idmanının şöhrətini daha da artırıblar.

Azərbaycan idmanının inkişafında böyük xidmətlərinə görə üçqat dünya çempionları Hacı Azər oğlu Əliyevə və Məhəmmədrəsul Yusupoviç Məcidova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü təyin edilib.
banner

Oxşar Xəbərlər