AZE | RUS | ENG |

Lina Vaytkyaviçene: Yeni saziş tərəfdaşlığı daha yüksək səviyyəyə çatdırmalıdır

Lina Vaytkyaviçene: Yeni saziş tərəfdaşlığı daha yüksək səviyyəyə çatdırmalıdır
Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasındakı əlaqələrdən söhbət açarkən mən Azərbaycan Prezidenti cənab İlham Əliyevin sözlərini istifadə etmək istərdim - Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlər tərəfdaşlıq və qarşılıqlı dəstəyə əsaslanır.
Bunu TREND İnformasiya Agentliyinin baş direktor müavini Lina Vaytkyaviçene "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" videolayihəsi çərçivəsində bildirib.
L.Vaytkyaviçenenin sözlərinə görə, Aİ və Azərbaycan coğrafi məsafəyə baxmayaraq, hər il siyasət, biznes və mədəniyyət kimi bir çox sahələrdə bir-birinə daha da yaxınlaşa bilərlər:
"Səbəb Azərbaycanın Avropa və Asiyanı birləşdirən beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilməsidir. Buna ölkənin coğrafi mövqeyindən faydalanaraq infrastruktur və nəqliyyat sektoruna investisiyarın qoyulması nəticəsində nail olunmuşdur. Əlbəttə ki, burada Cənub Qaz Dəhlizinin də rolu qeyd olunmalıdır. Bu dəhliz sözün əsl mənasında Aİ və Azərbaycanı birləşdirir".
Ekspert qeyd edib ki, ikitərəfli əlaqələrin gələcək perspektivlərinə gəlincə, artıq bir çox addımların atıldığını demək olar:
"2018-ci ildə Aİ ilə Azərbaycan arasında tərəfdaşlıq üçün prioritetlər qəbul edilib və Ümumi Aviasiya Məkanı üzrə Saziş, habelə Aİ ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar tezliklə başa çatacaq. Hər iki tərəfin iqtisadiyyatı bunlardan faydalanacaq və tərəflərin siyasi, biznes, eləcə də mədəni əlaqələri daha da dərinləşəcək. Bu müsbət impuls Aİ ilə Azərbaycan arasındakı tərəfdaşlığı daha yüksək səviyyəyə çatdırmalıdır. Təbii ki, bütün bunlardan hər iki tərəf bilavasitə bəhrələnəcək".



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8825
GEL 1 1 Gürcüstan larisi 0.5737
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1197
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1768
CHF 1 1 İsveçrə frankı 1.72
KWD 1 1 Küveyt dinarı 5.5941
TRY 1 1 Türkiyə lirəsi 0.2964