• cümə, 26 Aprel, 16:30
  • Baku Bakı 23°C

Kiyevdə Mixeil Saakaşvili saxlanılıb

09.12.17 09:10 2815
Kiyevdə Mixeil Saakaşvili saxlanılıb
Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin eks-qubernatoruMixeil SaakaşviliKiyevdə saxlanılıb.
APA-nın "112 Ukrayna”ya istinadən verdiyi xəbərə görə, bunu Saakaşvilinin silahdaşı David Sakvarelidze bəyan edib.
"Mixeili tutdular! Təhlükəsizlik Xidmətinə aparırlar”, deyə D. Sakvarelidze özünün "Feysbuk” səhifəsində yazıb.
"Yeni Qüvvələr Hərəkatı”nın mətbuat katibi Maryana Poçtar faktı təsdiqləyib.
Xatırladaq ki, dekabrın 5-də M. Saakaşvili Kiyevdə saxlanılıb. Daha sonra o, tərəfdarlarının köməyi ilə azad edilib. M.Saakaşvili Ukrayna Cinayət Məcəlləsinin 256-cı maddəsinin birinci hissəsi (cinayətkar təşkilatların üzvləri ilə işbirliyi və onların cinayət əməllərinin gizlədilməsi) ilə ittiham olunur.
banner

Oxşar Xəbərlər