• cümə, 26 Aprel, 15:29
  • Baku Bakı 23°C

Kamran Əliyev: "Ötən il Azərbaycanda 193 qəsdən adam öldürmə cinayəti baş verib"

25.01.21 13:18 395
Kamran Əliyev: "Ötən il Azərbaycanda 193 qəsdən adam öldürmə cinayəti baş verib"
Ötən illərdən bağlı qalmış 310 cinayətin açılması təmin edilərək, 254 cinayətkar qrup zərərsizləşdirilib.
APA-nın məlumatına görə, bu barədə Baş prokuror Kamran Əliyev 2020-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında deyib.
O bildirib ki, ötən il prokurorluq orqanları tərəfindən 1045 şəxs barəsində 795 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq məhkəmələrə göndərilib: "2019-cu illə müqayisədə 34 hadisə artmaqla 193 qəsdən adam öldürmə cinayətləri qeydə alınıb ki, onların 94 faizinin açılması təmin edilib”.

banner

Oxşar Xəbərlər