• cümə, 26 Aprel, 18:29
  • Baku Bakı 22°C

Jirinovski: Azərbaycanla bağlı fikirlərim yanlış anlaşılıb

26.09.14 15:29 1233
Jirinovski: Azərbaycanla bağlı fikirlərim yanlış anlaşılıb
Azərbaycana səfərə gəlmiş Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovski Bakı şəhərindəki 23 saylı orta məktəbdə olub.
APA-nın xəbərinə görə, V. Jirinovski 6-cı sinif üçün rus dili və ədəbiyyatından açıq dərs keçib. O, şagirdlərdən Turgenev və onun “Mumu” əsəri barədə məlumatlı olub-olmadıqlarını soruşub, sonra 10-cu sinif şagirdləri ilə görüşüb, onlara müxtəlif suallar verib, şagirdlərə hədiyyə kimi odekolon və digər parfüm paylayıb. Şagirdlərdən biri V. Jirinovskiyə onun öz portretini hədiyyə edib.
V. Jirinovski jurnalistlərə açıqlamasında Azərbaycanda çox yaxşı qarşılandığını, burada insanların rus dilində çox yaxşı danışdıqlarını bildirib. O, Azərbaycanda barəsində mənfi fikir formalaşmasına və hazırda Azərbaycan barədə müsbət fikirlər söyləməsinin səbəblərinə aydınlıq gətirib: “Bu, yanlış anlaşılmazlıqla bağlı idi. Müəyyən situasiya ilə bağlı söylənən fikir sonradan xalqa, ölkəyə aid edilir. Məsələn, hazırda Donbassa görə Kiyevdə mənə nifrət edirlər. Haradasa nə isə bir hadisə baş verəndə, biz onu qiymətləndiririk. Sonra da hər hansı situasiya ilə bağlı qiymətləndirməni o ölkə və xalqla bağlayırlar. Nəticədə yanlış anlaşılma olur”.
banner

Oxşar Xəbərlər