• cümə, 26 Aprel, 16:23
  • Baku Bakı 23°C

İranda Azərbaycan mədəniyyəti həftəsi keçiriləcək

18.06.17 13:22 1524
İranda Azərbaycan mədəniyyəti həftəsi keçiriləcək
İyulun 3-dən 10-dək İranın Tehran, İsfahan və Təbriz şəhərlərində Azərbaycan mədəniyyəti həftəsi keçiriləcək.
APA-nın AzərTAC-a istinadən verdiyi məlumata görə, mədəniyyət həftəsi çərçivəsində Azərbaycan filmləri nümayiş olunacaq, fotosərgi açılacaq, konsert proqramları təşkil ediləcək.
Azərbaycan mədəniyyəti həftəsinin keçirilməsi ilə əlaqədar mədəniyyət və turizm naziriƏbülfəs Qarayeviyulun 3-də İrana səfər edəcək. Onun İranın mədəniyyət və islam inkişafı naziri və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.
banner

Oxşar Xəbərlər