• çərşənbə, 08 May, 23:47
  • Baku Bakı 18°C

İqtisadi artım son bir ildə 5% olub

14.08.13 08:20 1195
İqtisadi artım son bir ildə 5% olub
«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ÜDM-in əhalinin hər nəfərinə düşən həcmi 3 484,7 manat (4 441,3 ABŞ dolları) təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 3,7% artım deməkdir.
ÜDM-in 63,8%-i istehsal sahələrində, o cümlədən 47,7%-i sənayedə, 10,8%-i tikintidə, 5,3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda istehsal olunub, 29,7%-i isə xidmət sahələrinin payına düşüb. Məhsula və idxala xalis vergilər ÜDM-in 6,5%-ni təşkil edib.
«Xidmət sektorunda əlavə dəyər istehsalının 25,2%-i ticarət və nəqliyyat vasitələrinin təmiri, 18,8%-i nəqliyyat və anbar təsərrüfatı, 7,2%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,8%-i informasiya və rabitə xidmətləri göstərən sahələr, 43%-i isə sosial və digər xidmət sahələri tərəfindən təmin edilib», - deyə Komitənin məlumatında bildirilir.
Hesabat dövründə qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,5% artıb, ÜDM-də xüsusi çəkisi 54,8% təşkil edib. Neft-qaz hasilatı və emalı sahələrində ötən ilin eyni dövrü ilə müqayisədə 0,6% az əlavə dəyər istehsal edilib.
Cari ilin yeddi ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə tikintidə əlavə dəyər 33,8%, turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində 20%, ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 9,2%, informasiya və rabitə xidmətlərində 6,9%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 4,8%, nəqliyyat və anbar təsərrüfatında 4,2%, sosial və digər xidmət sahələrində 3% artıb.
Qeyd edək ki, bu il Azərbaycanda ÜDM-in 51,379 mlrd. manatdan çox, iqtisadi artımın isə 2,2% olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər