AZE | RUS | ENG |

Yataq ağı özünün təmiz olub-olmamasını bildirəcək

Yataq ağı özünün təmiz olub-olmamasını bildirəcək
Çindəki otellərin biri öz qonaqlarına yeni imkan təklif edəcək: onlar yataq ağlarını, digər yataq və hamam ləvazimatının nə dərəcədə təmiz olduğunu görə biləcəklər.
AZƏRTAC "Turizm.ru” saytına istinadla xəbər verir ki, Uxan şəhərinin otelləri istiliyə və suya davamlı nazik çiplərlə təchiz olunmuş dəsmal, döşəkağı və toxunma adyallar alacaq. Qonaqlar yataq ləvazimatının sonuncu dəfə nə vaxt yuyulmasını, habelə onların dəyişdirilməsini xahiş edəndən sonra hara göndərilməsini mobil telefonun köməyi ilə izləyə biləcəklər. Bu yeniliyin təşəbbüskarları bildirirlər ki, mehmanxanalar yataq ləvazimatının keyfiyyətinə nəzarət etmək, qonaqlar isə onların təmizliyini yəqin etmək imkanı qazanacaq və nahaq yerə narahat olmayacaqlar.
Çindəki otellərin əksəriyyəti paltar yumaq üçün kənar camaşırxana şirkətlərindən istifadə edirlər. Yeni texnologiya bu otellərdə xidmətin keyfiyyətini yaxşılaşdıracaq. Uxan şəhərində test yoxlamasından sonra bu texnologiya bütün ölkədə yayıla bilər.
2017-ci ildə Çinin turizm sahəsinin hakimiyyət orqanları xoşagəlməz bir vəziyyətlə üzləşiblər. O vaxt Pekinin dəbdəbəli otellərində quraşdırılmış gizli kameralarla çəkilmiş videoyazılar internetdə yayılmışdı. Videodan göründüyü kimi, bu otellərin əməkdaşları tualetlərin yuyulması və döşəkağıların dəyişdirilməsi zamanı əsas təmizlik standartlarına riayət etmirlər. Bir il sonra məlum oldu ki, Pekinin və Şanxayın 14 mehmanxanasında nömrələrdəki stəkanlar və digər qablar vanna otaqlarının yığışdırılması zamanı istifadə edilən dəsmal və süngərlərin köməyi ilə təmizlənir.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8722
GEL 1 1 Gürcüstan larisi 0.5762
GBP 1 1 İngiltərə funt sterlinqi 2.111
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1761
CHF 1 1 İsveçrə frankı 1.714
KWD 1 1 Küveyt dinarı 5.5927
TRY 1 1 Türkiyə lirəsi 0.2967