AZE | RUS | ENG |


İƏT Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar bəyanat yayıb

İƏT Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
İslam Əməkdaşlıq Təşkilatı Xocalıqətliamının 25-ci ildönümü ilə bağlı bəyanat yayıb.
 
APA-nın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, təşkilatın baş katibi Yusif Əl Osaymin faciə nəticəsində yaxınlarını itirən şəxslərə başsağlığı verib.
 
Bəyanatda deyilir ki, Xocalıqətliamı Ermənistan tərəfindən Azərbaycan ərazilərinin qanunsuz işğalı nəticəsində baş verib. İƏT xarici işlər nazirlərinin əvvəlki iclaslarında qəbul etdikləri qətnamələrdə azərbaycanlı mülki şəxslərə qarşı törədilən əməllərin insanlığa qarşı cinayət kimi öz əksini tapdığı bildirilir.
 
Bəyanatda ərazi bütövlüyün bərpası və işğala son qoyulması istiqamətində Azərbaycanın irəli sürdüyü təşəbbüslər və səylərinə tam dəstək ifadə olunub. 





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6654
GBP 1 İngilis funt sterlinqi 2.2846
TRY 1 Türk lirəsi 0.4379
KWD 1 Küveyt dinarı 5.6285
SEK 1 İsveç kronu 0.2014
EUR 1 Avro 2.0032
CHF 1 İsveçrə frankı 1.7194
USD 1 ABŞ dolları 1.7001