• cümə, 26 Aprel, 06:20
  • Baku Bakı 12°C

Hikmət Babaoğlu: “Kadr islahatları daha da dərinləşdirilir”

23.10.19 11:52 548
Hikmət Babaoğlu: “Kadr islahatları daha da dərinləşdirilir”
"Prezidenti İlham Əliyevin həyata keçirdiyi kadr siyasətinin, islahatların əsasında Azərbaycan xalqının rifahının təmin olunması məqsədləri dayanır”.
Bu barədə millət vəkili, politoloq Hikmət Babaoğlu "Kaspi” qəzetinə açıqlamasında bildirib.
O qeyd edib ki, Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən islahatlar ölkəmizin dinamik inkişafının gətirdiyi yeni keyfiyyət mərhələsində baş tutur və kompleks xarakter daşıyır. Deputatın fikrincə, islahatların birinci mərhələsi əsasən qanunvericilik və instutisional sahələri əhatə edib və dərhal sonra struktur və kadr islahatlarına keçid başlanıb: "Əslində bu ardıcıllıq həyata keçirilən islahatların müxtəlif komponentlərini özündə birləşdirməklə onun tamlığından xəbər verir. Hazırkı mərhələ daha çox kadr islahatları mərhələsi kimi görünə bilər. Amma bir qədər diqqət etsək görərik ki, kadr islahatları da islahatların digər komponentləri ilə paralel həyata keçirilir. Çünki, 2015-ci ildən bəri alınan qərarlar, imzalanan sərəncam və fərmanlar dediklərimizi təsdiq edir, xeyli sahədə nazir vəzifələrinə qədər mühüm dəyişiklərin olduğunu göstərir. Son dəyişikliklər isə kadr islahatlarında yuxarı idarəetmə strukturlarını əhatə etdiyi üçün daha çox diqqəti cəlb edir. Qısa müddətdə baş nazirin dəyişməsi, baş nazirin müavinlərinin işdən azad edilməsi və artıq yeni baş nazirin müavini vəzifəsinə təyinatın olması kadr islahatlarının dərinləşməsi kimi qiymətləndirilməlidir”.
Millət vəkili deyib ki, bu proses sadəcə kadrların dəyişməsi deyil, həm də idarəetməyə yeni keyfiyyət dəyişikliyini gətirilməsi kimi nəzərdən keçirilməlidir: "Böyüyən iqtisadiyyatı idarə etmək və onun inkişafını təmin etmək qlobal iqtisadi çağırışlar və milli maraqlar kontekstində olduqca aktualdır. İslahatların ən ümdə vəzifələrindən biri əhalinin rifah halının yaxşılaşdırılması, yeni iş yerlərinin açılması, işsizliyin səviyyəsinin aşağı səviyyəyə salınması, sosial islahatların dərinləşməsi məqsədini daşıyır. Bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi kadr siyasətinin, islahatların əsasında Azərbaycan xalqının rifahının və ölkəmizin inkişafının təmin olunması məqsədlərinin dayanmasını göstərir”.
Alpər TURAN
banner

Oxşar Xəbərlər