Əli Həsənov: “Heydər Əliyev sübut etdi ki, o, doğrudan da, Azərbaycanda olmalı idi”
Mətbuat Şurasının (MŞ) təşəbbüsü ilə "Bir mətbuat
konfransının tarixi” sənədli filminin təqdimatı keçirilib.
APA-nın xəbərinə görə, tədbirdə MŞ sədri, millət vəkili
Əflatun Amaşov, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, media nümayəndələri,
millət vəkilləri iştirak ediblər.
Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.
Ə.Amaşov 27 il əvvəl sovet qoşunlarının Bakıda
törətdiyi qırğınlar barədə danışıb. O xatırladıb ki, 1990-cı il yanvarın 20-də
Azərbaycan Dövlət Televiziyasının enerji bloku partladılıb, "Azərbaycan” nəşriyyatı
fəaliyyət göstərməyib: "Azərbaycan xalqı o vaxt təklənmişdi. Bakıda baş verən
qırğın haqda ilk haqq səsi Moskvadan gəldi. 1990-cı il yanvarın 21-də Heydər
Əliyev Moskvada mətbuat konfransı təşkil edərək20 Yanvarfaciəsinin
təşkilatçılarına kəskin etirazını bildirdi, hadisəyə ilk dəfə siyasi qiymət
verdi. Nəticədə20 Yanvarfaciəsi barədə əsl həqiqətlər dünya
ictimaiyyətinə çatdırıldı”.
O, "Bir mətbuat konfransının tarixi” sənədli
filminin 27 il əvvəl Heydər Əliyevin Moskvada keçirdiyi mətbuat konfransına həsr
olunduğunu söyləyərək qeyd edib ki, sənədli filmin məsləhətçisi Azərbaycan
prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru,
professorƏli Həsənov, müəllifi əməkdar jurnalist Mübariz Əsgərovdur. Ekran
işi "Qulp studio” tərəfindən hazırlanıb.
Daha sonra "Bir mətbuat konfransının tarixi” sənədli
filmi nümayiş olunub.
Əli Həsənovfilmdə bildirib ki, o
zaman20 Yanvarhadisəsinə
faktiki olaraq siyasi qiymət verilməmişdi: "Rusiya mətbuatında qeyd olunurdu
ki, guya bir qrup ekstremist Bakıda yaşayan ermənilərə divan tutmaq istəyirmiş,
Sovet ordusu da gəlib onları xilas edib, Bakıdakı ekstremistləri dağıdıb. Bu
belə dəyərləndirilirdi. Amma faktiki olaraq biz hadisələrin əhatə dairəsini,
Bakıda baş verənlərin mahiyyətini yaxşı bilirdik. Əlbəttə, həqiqəti yalnız Qərb
mətbuatından aldığımız məlumatlar əsasında müəyyən edir, Heydər Əliyevin
proseslərə münasibətindən öyrənirdik”.
"Moskvada bir qrup hazırlanmış adamlar Heydər
Əliyevin keçirdiyi mətbuat konfransı zamanı ona söz deyəndə, biz tələbələr həmin o adamlara qarşı ciddi etiraz etmək istədik.
Amma Heydər Əliyev bizi sakitləşdirdi, dedi ki, dəyməyin, işiniz olmasın.
Gülümsəyərək üzünü zala tutub dedi ki, mən20 Yanvarfaciəsinə
qiymətimi verirəm. Kim bunu necə dəyərləndirir, özü bilər. Burada verilən
suallara da mən cavab verirəm. Heydər Əliyevin topu-tüfəngi, ordusu yox idi.
Onun səlahiyyəti, hakimiyyəti yox idi ki, bu hadisəni, vəhşiliyi törədənlərə
qarşı tədbir görsün. Onun bir səsi, iradəsi və milli ruhu var idi. O, milli əhval-ruhiyə,
milli iradəyə arxalanaraq insanlara sözünü çatdırdı, hadisələrə qiymət verdi.
Faktiki olaraq Azərbaycan xalqının kortəbii anti-Moskva hərəkatına bir
sistemlilik gətirdi. Onun düşünülmüş fəaliyyəti milli azadlıq hərəkatını hədəfləri
bəlli olan bir hərəkata çevirdi. Bu onun tarixi xidmətidir və onun adına həkk
olunmuş xidməti biz hər zaman xatırlayacağıq”, - deyəƏli Həsənovfilmdə
bildirir.
PA rəsmisi qeyd
edir ki,
1990-cı ildə təqiblər başlayandan sonra Heydər Əliyev Bakıya gələndə onu müşayiət
edən iki adamdan biri olub: "Moskva Dövlət Universitetinin aspirantı kimi
mən də onu Bakıya və buradakı təqiblərdən sonra Naxçıvana qədər müşayiət etmişəm.
Faktiki olaraq Heydər Əliyevin proqramında, niyyətində, məqsədində yenidən
siyasətə qayıdış yox idi. Heydər Əliyev ehtiyacdan Azərbaycanda hakimiyyətə gəldi
və sübut etdi ki, o doğrudan da Azərbaycanda olmalı idi. Müstəqil Azərbaycan
dövlətinin o çətin günlərində ona məhz belə bir müdrik, siyasətin bütün
çalarlarını bilən adam lazım idi”.
Film barədə çıxış edən millət vəkiliMusa
Qasımlıdeyib ki, filmdə hər şey canlıdır və çox uğurlu alınıb: "Əlbəttə,
biz heç birimiz istəməzdik ki, xalqımızın tarixində belə bir gün olsun. Lakin
biz tarixi dəyişdirə bilmərik. Mən çox istərdim ki, film müxtəlif dillərə tərcümə
olunsun və yerli telekanallarda nümayiş etdirilsin”.
Tədbir müzakirələrlə davam etdirilib.