• cümə, 26 Aprel, 18:15
  • Baku Bakı 22°C

“Hər bir sərnişin maska taxmayan şəxslərə iradı bildirməlidir”

09.07.20 12:30 449
“Hər bir sərnişin maska taxmayan şəxslərə iradı bildirməlidir”
Koronavirus infeksiyasının qarşısınınalınması məqsədi ilə Bakıda tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejimi ilə əlaqədar Bakı metropoliteninin də fəaliyyəti iyulun 20-dək dayandırılıb.
Bu zaman əsas yükşəhərdaxilimarşrut və ekspres xətt avtobuslarının üzərinə düşür.
Sosial şəbəkələrdə avtobuslarda qoruyucu tibbi maskadan istifadə etməyən sərnişinlərin olması ilə bağlı fotolarpaylaşılır.
Vəkillər Kollegiyasının üzvüYeganə Məmmədova "Report”a açıqlamasında bildirib ki, bu cür foto və videoların yayılmasının özü də bir qınaq vasitəsidir.
"Maskadan istifadə etmədiyinə, sosial məsafə qaydalarına riayət etmədiyinə görə sosial şəbəkələrdə foto və videolarının yayıldığını görən vətəndaş, çox güman ki, növbəti dəfə belə hallara yol verməkdən çəkinəcək.
Lakin bu çəkilişləri edən vətəndaş öz üzərinə düşən işin bundan ibarət olmadığını da bilməlidir. Təsadüfi deyil ki, aidiyyatı qurumlar özləri virusun daha geniş yayılmasının qarşısının alınmasının vətəndaş məsuliyyətindən asılı olduğunu bildirirlər.
Beləolan halda isə hər bir vətəndaş tətbiq edilən qaydalara riayət etməklə yanaşı, bu qaydanı pozanlara da öz iradlarını bildirməlidir. Hesab edirəm ki, fərdi qaydada aparılan maarifləndirmə daha faydalıdır.
Odur ki, hər bir vətəndaş qaydalara riayət etməyən şəxsləri gördükdə də onlara etiraz etməli, bu cür halların xəstəliyin daha geniş yayılmasına şərait yaratdığını bildirməlidir. Ümumiyyətlə, bu bəladan qurtulmağın yollarından biri də məsuliyyətli olmaqdan asılıdır”, – vəkil bildirib.
banner

Oxşar Xəbərlər