• şənbə, 27 Aprel, 07:37
  • Baku Bakı 12°C

Hava qeyri-sabit keçəcək, yağış yağacaq- XƏBƏRDARLIQ

21.10.17 12:03 3330
Hava qeyri-sabit keçəcək, yağış yağacaq- XƏBƏRDARLIQ
Oktyabrın 22-dəBakı və Abşeron yarımadasındahavaşəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya DepartamentindənAPA-ya verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 10-14, gündüz 18-23, Bakıda gecə 11-13, gündüz 20-22 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 757 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 50-55 faiz təşkil edəcək.

Oktyabrın 22-də Azərbaycanın rayonlarındahavaşəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 8-13, gündüz 20-25, dağlarda gecə 2-7, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

Oktyabrın 23-ü gündüzdən 24-ü gündüzədək əsasən şimal və şərq rayonlarındahavaşəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.
banner

Oxşar Xəbərlər