• cümə, 26 Aprel, 14:03
  • Baku Bakı 23°C

Gürcüstanın 6 şəhərində mer seçkilərinin ikinci turu keçiriləcək

12.11.17 09:00 897
Gürcüstanın 6 şəhərində mer seçkilərinin ikinci turu keçiriləcək
Noyabrın 12-də Gürcüstanda bəzi şəhərlərində yerli özünün idarəetmə orqanlarına seçkilərin ikinci turu keçiriləcək.
AZƏRTACxəbər verir ki, bu turda Kutaisi, Xaşuri, Kazbeqi, Borjomi, Ozurqeti və Martvili şəhərlərinin merləri seçiləcək.
Gürcüstan Mərkəzi Seçki Komissiyasının sözçüsü Anna Mikeladze bildirib ki, ikinci tur seçkiləri ümumilikdə 317 seçki məntəqəsində keçiriləcək. Bu 6 majoritar dairədə 328 min 272 seçici qeydə alınıb. Səsvermə səhər saat 8:00-da başlayacaq, 20:00-da başa çatacaq.
Xatırladaq ki, Gürcüstanda yerli seçkilərin birinci turu oktyabrın 21-də keçirilmişdi. Birinci turda yuxarıda adları çəkilən şəhərlərdə mer postu uğrunda mübarizə aparan namizədlərin heç biri 50,1 faiz səs toplaya bilməmişdi.
banner

Oxşar Xəbərlər