AZE | RUS | ENG |

GUAM xarici işlər nazirləri Gürcüstanın baş naziri ilə görüşüblər

GUAM xarici işlər nazirləri Gürcüstanın baş naziri ilə görüşüblər
GUAM-ın xarici işlər nazirləri Gürcüstan baş naziri ilə görüşüblər
 
Azərbaycan, Moldova və Ukrayna xarici işlər nazirləri Elmar Məmmədyarov, Andrey Qalbur və Pavlo Klimkin Gürcüstan baş naziri Giorgi Kvirikaşvili ilə görüşüblər.
 
APA-nın Gürcüstan bürosunun xəbərinə əsasən, görüşdə G.Kvirikaşvili qeyd edib ki, Gürcüstan GUAM-a sədrlik edən ölkə kimi təşkilatın yaranmasının 20 illiyi ilə bağlı xarici işlər nazirlərinin görüşünə ev sahibliyi etməkdən qürur duyur.
 
Görüşdə təşkilata üzv ölkələrin regionda sülh, sabitlik, əməkdaşlıq və iqtisadi inkişaf istiqamətində fəal addımlar atmağa hazır olduqları ifadə olunub.
 
Tərəflər həmçinin bu gün imzalanan birgə bəyannamənin GUAM ölkələri və xalqlarının rifahı üçün  əhəmiyyətini qeyd ediblər.
 
Qeyd edək ki, bu gün Tbilisidə GUAM-ın 20 illiyinə həsr olunmuş təşkilata üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0039
GEL 1 Gürcü larisi 0.6946
GBP 1 İngilis funt sterlinqi 2.2390
TRY 1 Türk lirəsi 0.3502
KWD 1 Küveyt dinarı 5.6121
SEK 1 İsveç kronu 0.1915
EUR 1 Avro 1.9817
CHF 1 İsveçrə frankı 1.6960
USD 1 ABŞ dolları 1.7000